Sifariş üçün :+994505004043
VÖEN: 05200089022
  • Səbət

    0
  • 0
Çatdırılma Şərti
50 AZN-dək olan sifarişlər bütün zonalara ödənişli qaydada çatdırılır.
Çatdırılma haqqı sifariş gətirildiyi zaman yerində və ya sayt və mobil tətbiq üzərindən sifariş edərkən əvvəlcədən ödənilir. Alıcı çatdırılma zamanı hər hansı bir səbəbdən məhsulu almaqdan imtina edərsə bu halda çatdırılma haqqı kuryerə ödənilməlidir.
Bakı şəhəri daxilində çatdırılma haqqı zonadan asılı olaraq 3-7 AZN arasında dəyişir.
Çatdırılma Müddəti
Alıcı tərəfindən verilən sifarişin qəbulu satıcı tərəfindən təsdiq olunduğu andan etibarən çatdırılma müddəti Bakı şəhəri daxilində ən gec 36 saatdır.
Çatdırılma Ünvanı/Ərazisi
Bakı şəhəri daxilində çatdırılma ərazisi 3 zonaya bölünür. Zonalar linkdə yerləşdirilən onlayın xəritə üzərində göstərilmişdir. Zonalar və onların əhatə dairəsi xəritə üzərində qeyd olunub.
Geri Qaytarılma Siyasəti
1. Alıcı qablaşdırılması pozulmayan, istifadə olunmayan məhsulu 14 gün ərzində geri qaytara yaxud dəyişdirə bilər. 2. Çatıdırılma xidməti ilə alınmış sifarişlərin geri qaytarılması əsasən Salatın Əsgərov 123 ünvanda yerləşən Nizami Mall-da "SİS" mağazasında saat 11:00 - 20:00 aralığında həyata keçirilir. Mağaza geri qaytarılma üçün yeniden kuryer göndərmir. Əgər geri qaytarılma üçün kuryer göndərmə ilə bağlı alıcının xüsusi bir tələbi olarsa bu zaman məhsulu qaytarma ilə bağlı kuryer haqqı ( öncədən satıcı ilə razılaşdırılaraq ) alıcı tərəfindən ödənilir. 3. Qanunvericiliyin tələblərinə uyğun olaraq kişi, qadın və uşaq çimərlik paltarları, istehsal qüsurları istisna olmaqla ( sifarişçi təhvil aldığı zaman məhsulu yoxlayaraq qəbul etməlidir ) istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir və qeyd olunan tələblərə uyğun gəlmədikdə dəyişdirilmir və ya geri qaytarılmır. Məhsulun qaytarılma və dəyişdirilmə şərtləri “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında tənzimlənir. http://www.e-qanun.az/framework/9479 4. Əgər məhsul nəğdsiz ödənişlə əldə olunubsa, ödənişin geri qaytarılması ilə bağlı mağaza tərəfindən istehlakçının müştərisi olduğu banka sorğu göndərilir. Ödəniş bank tərəfindən adətən 10 iş günü ərzində alıcının kartına geri qaytarılır ( Çatdırılma haqqı geri qaytarılmır ).